AZ

Cenevrədə üçtərəfli danışıqlar: Ukrayna nümayəndə heyətinin tərkibi açıqladi

Ukrayna nümayəndə heyəti artıq 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin üçtərəfli görüşünə hazırlıqlara başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Facebook -da məlumat verib .

"Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların növbəti mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Ukrayna nümayəndə heyəti artıq bu görüşə hazırlıqlara başlayıb", - deyə Umerov bildirib .

Onun sözlərinə görə, Ukrayna Prezidenti danışıqlar qrupunun ilkin tərkibini müəyyən edib.

"Mənimlə birlikdə nümayəndə heyətinin tərkibinə Kirilo Budanov, Andrey Hnatov, David Araxamiya, Serhiy Kislitsia və Vadim Skibitski daxil olacaq", - Umerov qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
1
turkustan.az

2Mənbələr