Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukrayna nümayəndə heyəti artıq 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin üçtərəfli görüşünə hazırlıqlara başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Facebook -da məlumat verib ."Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların növbəti mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Ukrayna nümayəndə heyəti artıq bu görüşə hazırlıqlara başlayıb", - deyə Umerov bildirib .Onun sözlərinə görə, Ukrayna Prezidenti danışıqlar qrupunun ilkin tərkibini müəyyən edib."Mənimlə birlikdə nümayəndə heyətinin tərkibinə Kirilo Budanov, Andrey Hnatov, David Araxamiya, Serhiy Kislitsia və Vadim Skibitski daxil olacaq", - Umerov qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.