AZ

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

Cənab Prezident İlham Əliyevin “Azərbaycanın

yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə

səsləndirdiyi fikirlər bir daha göstərdi ki, rəqəmsal inkişaf bu gün artıq dövlətlərin

gələcəyini müəyyən edən strateji zərurətdir.

Möhtərəm Prezidentimiz açıq  şəkildə vurğuladı ki, süni intellektin tətbiqi,

data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin

iqtisadi gücünü, idarəetmə imkanlarını və beynəlxalq rəqabət qabiliyyətini müəyyən

edən əsas amillərdir. Bu yanaşma göstərir ki, Azərbaycanın gələcək inkişafı

texnologiya və bilik iqtisadiyyatına uyğun formalaşacaq.

Bu gün dünyada gedən qlobal proseslər bir daha

göstərir ki, rəqabət artıq bilik, texnologiya və rəqəmsal imkanlar üzərində

qurulur. Azərbaycan bu sahədə artıq mühüm yol qət edib. Ən vacib məqam isə odur

ki, cənab Prezident bu sahəni dövlət siyasətinin prioritetləri sırasında

birinci yerlərdən birinə yerləşdirib.

Ölkəmizin Asiya ilə Avropa arasında strateji

mövqeyi, Şimal–Cənub nəqliyyat dəhlizi üzərində yerləşməsi və son illərdə

formalaşdırılan müasir infrastruktur rəqəmsal tranzit və data axınları üçün

real üstünlüklər yaradır. Enerji və nəqliyyat sahəsində qazandığımız beynəlxalq

təcrübə, transmilli şirkətlərlə qurduğumuz etibarlı tərəfdaşlıq əlaqələri bu

gün rəqəmsal sahədə də öz sözünü deməyə imkan verir.

Son 20 ildə enerji generasiya gücümüz təxminən

iki dəfə artaraq 10 min meqavata çatdırılıb, mövcud ehtiyat güclərin olması isə

data mərkəzlərinin yaradılması üçün möhkəm baza yaradır. Azərbaycan bu gün

özünü bütün əsas enerji mənbələri ilə təmin edən və eyni zamanda ixrac edən

nadir ölkələrdəndir. Bərpaolunan enerji layihələri isə bu imkanları daha da

genişləndirəcək və ölkəmizi dayanıqlı rəqəmsal transformasiya üçün möhkəm təchiz

edəcək.

Azərbaycanın ABŞ, Avropa İttifaqına üzv ölkələr

və Çin Xalq Respublikası ilə qurduğu strateji tərəfdaşlıq formatları ölkəmizə rəqəmsal

transformasiya prosesində geniş əməkdaşlıq imkanları yaradır. Qlobal maliyyə

fondları ilə mövcud əlaqələr və Dövlət Neft Fondunun beynəlxalq təcrübəsi də bu

istiqamətdə əlavə üstünlüklərdir.

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin

vurğuladığı əsas prinsip ondan ibarətdir ki, bu proses vahid koordinasiya əsasında

həyata keçirilməlidir. Dövlət qurumları arasında sıx əməkdaşlıq təmin olunmalı,

hər bir qurumda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul

şəxslər müəyyənləşdirilməlidir. Dövlət xidmətlərinin “mygov” platforması üzərindən

vahid mərkəzdən təqdim olunması idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, vətəndaş

məmnuniyyətini də yüksəldəcək.

Bu baxımdan qeyd etmək istərdim ki, Rəqəmsal

İnkişaf və Nəqliyyat Nazirliyinin son illər ərzində apardığı ardıcıl və

sistemli iş ölkədə rəqəmsallaşma prosesinin institusional əsaslarının möhkəmlənməsinə

real töhfə verib.

Hesab edirəm ki, möhtərəm cənab Prezidentimiz

İlham Əliyevin bu sahəni birbaşa nəzarətə götürməsi həm daxili dövlət

qurumlarına, həm də beynəlxalq tərəfdaşlara aydın mesajdır: Azərbaycan rəqəmsal

transformasiyanı öz strateji inkişaf xətti kimi müəyyən edib.

Bu proses ölkəmizin uzunmüddətli, dayanıqlı və

rəqabətqabiliyyətli inkişafının möhkəm təməlidir. Azərbaycan həm texnologiya, həm

iqtisadi imkan, həm də idarəetmə sahəsində qlobal trendlərə inteqrasiya

olunaraq, gələcək nəsillər üçün yeni imkanlar yaradacaq.

Rəqəmsal transformasiya Azərbaycanın strateji

mövqeyini gücləndirən, dövlət idarəçiliyini təkmilləşdirən və vətəndaşlarımızın

həyat keyfiyyətini yüksəldən əsas amildir. Biz bu yolda qətiyyətlə irəliləyirik

və Azərbaycanı rəqəmsal liderliyə doğru aparırıq.

 

Fatma YILDIRIM,

 

Milli Məclisin deputatı

Seçilən
118
3
azerbaijan-news.az

4Mənbələr