AZ

Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Fevralın 16-da cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Aznews.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq yarışda 38 klub və idman cəmiyyətini təmsil edən 242 cüdoçu (211 kişi, 31 qadın) 12 çəki dərəcəsində mübarizə aparacaq.

Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.

Seçilən
18
8
aznews.az

9Mənbələr