ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarış fevralın 16-da Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq.
Turnirdə 38 klub və idman cəmiyyətini təmsil edən 242 cüdoçu (211 kişi, 31 qadın) 12 çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.