AZ

Maykl Olise “Verder” matçında iştirak etməyəcək

"Bavariya"nın baş məşqçisi Vensan Kompani Maykl Olisenin sarı vərəqələr səbəbindən diskvalifikasiyasını şərh edib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Maykl əla oyun göstərir. Ən önəmlisi, o, zədələnməyib. Qarşıdakı oyunda onu əvəz etmək üçün imkanlarımız var,” – Kompani bildirib.

24 yaşlı fransız futbolçu bu mövsümdə 34 oyunda 13 qol vurub və 25 məhsuldar ötürmə ilə fərqlənib.

22-ci turun görüşü fevralın 14-də, Bakı vaxtı ilə saat 18:30-da "Verder Bremen" ilə keçiriləcək.

Seçilən
26
90deqiqe.az

1Mənbələr