AZ

Arda Güler: Real Madriddə hər şey qaydasındadır

Arda Güler Real Madriddə psixoloji təzyiqə məruz qalması ilə bağlı yayılan iddiaları yalanlayıb. Vətəninfo.az xəbər verir ki, futbolçu öz açıqlamasında bildirib ki, klubdakı hər kəs onu ilk gündən yaxşı qarşılayıb və komandadakı mühit həmişə ailəvi olub.

Güler deyib: “Karyeramın başlanğıcında böyük əməyi olan cənab Serhat Pekmezci hocamın gündəm olan açıqlamalarını çox təəssüf ki, məyusluqla oxudum. İlk günümdən etibarən Real Madrid-in parçası olan hər kəs tərəfindən çox yaxşı qarşılandım və buranı həmişə bir ailə olaraq gördüm. Bu klubun oyunçusu olduğum üçün çox qürurluyam və uzun illər bu formaya xidmət etmək istəyirəm. Çox yaxşı kollektivimiz var və bütün futbolçularla eyni komandanı paylaşmaqdan məmnunluq duyuram. Bu mövzuda yazılan, söylənən heç bir şeyə fikir verməməyinizi rica edirəm.”

Futbolçunun bu açıqlaması, yayılan xəbərlərin əsassız olduğunu və Real Madriddəki mühitin sağlam olduğunu təsdiqləyir.

Seçilən
17
veteninfo.az

1Mənbələr