AZ

Danimarkanın baş naziri Rubio ilə görüşəcək

Danimarkanın baş naziri Rubio ilə görüşəcək

Danimarkanın Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşəcək.

AFN.az "Ritzau"ya istinadən xəbər verir ki, tərəflər Qrenlandiyadakı vəziyyəti müzakirə edəcəklər. Frederiksen bildirib ki, Amerika siyasətçiləri, o cümlədən dövlət katibi ilə bir neçə görüş təşkil edilib və bu görüşlərin əsas mövzularından biri Qrenlandiya məsələsidir.

Danışıqlarda Qrenlandiya hökumətinin rəhbəri Yens-Frederik Nilsen də iştirak edəcək. Bu, Frederiksenin Rubio ilə bu mövzuda ilk görüşü olacaq, buna qədər isə ABŞ-ın dövlət katibi ilə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ünsiyyətdə olmuşdu.

Seçilən
24
5
afn.az

10Mənbələr