“Fuad Qəhrəmanlı pul aldığını, videogörüntülərin həqiqət olduğu etiraf etdi. Dediyinə görə, guya başqa məqsədlə pul alırmış. Bir nəfərin müalicəsini təmin etməkdən ötrü... Amma görüntüləri inkar etmir. İkincisi, Dövlət Təhlükəsizliyi Xidməti ciddi bir qurumdur. İnanmıram ki, ictimaiyyətə elan olunan görüntülər saxta olsun”.
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Qənimət Zahidin də səs yazılarının montaj olunduğunu deyirlər, amma qəbul edir ki, öz səsidir: “Həmin danışıq beş-altı il əvvəl aparılıb. Qənimət Zahid bunun montaj olunduğunu bildirir. Belə iddialar varsa, həqiqi olub-olmadığı haqda dövlət orqanları özləri məlumat verə bilərlər. Ağlıma gətirə bilmirəm ki, yüksək dövlət orqanları saxta səs yazıları paylaşsınlar”.
Aytəkin Qardaşova