RU

Tahir Kərimli: “Ağlıma gətirə bilmirəm ki, yüksək dövlət orqanları saxta səs yazıları paylaşsınlar, Fuad Qəhrəmanlı da, Qənimət Zahid də doğru olduğunu deyir”

“Fuad Qəhrəmanlı pul aldığını, videogörüntülərin həqiqət olduğu etiraf etdi. Dediyinə görə, guya başqa məqsədlə pul alırmış. Bir nəfərin müalicəsini təmin etməkdən ötrü... Amma görüntüləri inkar etmir. İkincisi, Dövlət Təhlükəsizliyi Xidməti ciddi bir qurumdur. İnanmıram ki, ictimaiyyətə elan olunan görüntülər saxta olsun”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

 

Onun sözlərinə görə, Qənimət Zahidin də səs yazılarının  montaj olunduğunu deyirlər, amma qəbul edir ki, öz səsidir: “Həmin danışıq beş-altı il əvvəl aparılıb. Qənimət Zahid bunun montaj olunduğunu bildirir. Belə iddialar varsa, həqiqi olub-olmadığı haqda dövlət orqanları özləri məlumat verə bilərlər. Ağlıma gətirə bilmirəm ki, yüksək dövlət orqanları saxta səs yazıları paylaşsınlar”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Fevral 2026, 13:32   
Избранный
44
1
pravda.az

2Источники