AZ

Məmmədli sakinlərinin yol dərdi: Problem nə vaxt həll olunacaq? VİDEO

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Abşeron rayonunun Məmmədli kənd sakinləri qəsəbənin əsas yollarından birindəki vəziyyətdən şikayətçi olublar.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd edilib ki, qəsəbənin H.Əliyev küçəsində vəziyyət acınacaqlı hal alıb.

"Yağışlardan sonra küçədə hərəkət etmək demək olar ki, mümkün deyil. Hətta dayanacağa keçmək belə mümkün deyil ki, avtobusa minək.

Hər gün bu yolla nə qədər insan işə, uşaqlar məktəbə gedib-gəlir. Bu palçığın içində sizcə biz necə hərəkət etməliyik?", - deyə vətəndaş yazıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyətindən bildirildi ki, hazırda ərazidə müvafiq işlər aparılır.

"Sözügedən ərazidən keçən magistral su kəmərində bir neçə gün əvvəl qəza baş verib. Qəza ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və qəzanın nəticələri aradan qaldırılıb. Havaların yağmurlu keçməsi abadlıq işlərinin aparılmasına mane olub. Bu gün hava şəraiti imkan verdiyi üçün Məmmədli bələdiyyəsi tərəfindən müvəqqəti olaraq əraziyə müxtəlif yol örtükləri tökülərək yayılıb və istifadəyə yararlı formaya gətirilərək sakinlərin ixtiyarına verilib.

Qeyd edək ki, ərazi Abşeron RİH tərəfindən nəzarətə götürülüb və ərazinin asfaltlanması, tamamilə abadlaşdırılması icra hakimiyyətinin tədbirlər planına daxil edilib", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
144
oxu.az

1Mənbələr