AZ

İranda etiraz aksiyalarının araşdırılması üçün komitə təşkil olunub

İranda ötən ay baş verən etirazların araşdırılması ilə bağlı komitə təşkil olunub.

APA İran mediasına istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fateme Mohacerani deyib.

“Faktların öyrənilməsi üçün əlaqəli qurumlardan olan nümayəndələrdən təşkil olunmuş komitə yaradılıb. Hazırda bu komitə sənədlərin və ifadələrin toplanması ilə məşğuldur”,- Mohacerani qeyd edib.

O əlavə edib ki, proses tamamlandıqdan sonra yekun hesabat ictimaiyyətə təqdim olunacaq.

Seçilən
16
8
apa.az

9Mənbələr