AZ

İranda etirazları araşdırılmaq üçün komitə yaradıldı

İranda ciddi dağıntılara və minlərlə insanın ölümünə səbəb olan etirazların araşdırılması ilə bağlı komitə yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fateme Mohacerani deyib.

“Faktların öyrənilməsi üçün əlaqəli qurumlardan olan nümayəndələrdən təşkil olunmuş komitə yaradılıb. Hazırda bu komitə sənədlərin və ifadələrin toplanması ilə məşğuldur”,- Mohacerani qeyd edib.

O əlavə edib ki, proses tamamlandıqdan sonra yekun hesabat ictimaiyyətə təqdim olunacaq.

Seçilən
12
8
bakivaxti.az

9Mənbələr