AZ

Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır - Kamaləddin Qafarov

Bakı. Trend:

Müasir dünyada dövlətlərin real gücü artıq təkcə təbiiresursların həcmi ilə deyil, bu resursların hansı texnolojiarxitektura üzərində idarə olunması ilə ölçülür.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O qeyd edib ki, qlobal iqtisadiyyat sürətlə rəqəmsal müstəviyəkeçid edir və bu keçiddə süni intellekt, böyük verilənlər bazalarıvə data mərkəzləri yeni inkişaf xəritəsini formalaşdıran əsassütunlara çevrilir: “ Bu reallıq fonunda Azərbaycanın stratejiseçimləri təsadüfi deyil, düşünülmüş və uzunmüddətli dövlətbaxışına söykənir. Prezident İlham Əliyevin “Azərbaycanın yenirəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə nümayiş etdirdiyiyanaşma onu göstərir ki, rəqəmsallaşma ölkə üçün texniki yenilənmədeyil, gələcək inkişaf modelinin əsas dayağı kimi qəbul edilir.Süni intellektin tətbiqi və data mərkəzlərinin qurulması artıqyalnız innovasiya məsələsi deyil, milli rəqabət qabiliyyətinin açarfaktorudur. Bu yanaşma Azərbaycanın gələcək iqtisaditrayektoriyasını əvvəlcədən müəyyənləşdirən strateji qərar kimidəyərləndirilməlidir”.

Millət vəkili Prezident İlham Əliyevin Azərbaycanın bu sahədəəsas üstünlüklərindən birinin qlobal maliyyə ekosisteminə dərininteqrasiyasından ibarət olması barədə səsləndirdiyi fikirlərinönəmini xüsusi vurğulayıb:

“Dünyanın ən böyük maliyyə resurslarını idarə edən fondlarlaqurulmuş uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətləri ölkəyəyalnız kapital axını deyil, həm də qabaqcıl idarəetmə təcrübəsiqazandırır. Azərbaycan Dövlət Neft Fondunun illərdir butəsisatlarla əməkdaşlıq etməsi ölkənin maliyyə etibarlılığınınbeynəlxalq səviyyədə qəbul edildiyini açıq şəkildə göstərir. Buetimad mühiti isə rəqəmsal iqtisadiyyata yönələn investisiyalarüçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyevin vurğuladığıəsas məqamlardan biri də ondan ibarətdir ki, rəqəmsallaşmasahəsində aparıcı ölkə olan Amerika şirkətləri ilə qurulan əlaqələrartıq institusional çərçivəyə salınıb. ABŞ ilə imzalanmış StratejiTərəfdaşlıq Xartiyası bu baxımdan yalnız siyasi sənəd deyil, həm dətexnoloji əməkdaşlığın yol xəritəsidir. Bu sənəd data mərkəzləri,süni intellekt və rəqəmsal infrastruktur sahəsində Azərbaycanınqlobal texnoloji zəncirə birbaşa qoşulmasını təmin edir. Eynizamanda, Avropa İttifaqına üzv ölkələrlə mövcud stratejitərəfdaşlıq mexanizmləri Azərbaycanın balanslaşdırılmış vəçoxtərəfli yanaşmasını nümayiş etdirir. Texnoloji rəqabətdə fərqlisürətlər mövcud olsa da, Avropa şirkətləri ilə əməkdaşlıq rəqəmsaltransformasiyanın institusional və normativ tərəflərininmöhkəmləndirilməsində mühüm rol oynaya bilər. Bu isə Azərbaycanıntexnologiya transferində yalnız bir mərkəzdən asılı qalmadığınıgöstərir. Qlobal maliyyə mərkəzləri ilə qurulmuş etibarlı əlaqələr,aparıcı texnoloji şirkətlərlə əməkdaşlıq və dövlət səviyyəsindəmüəyyən edilmiş aydın prioritetlər ölkəni regionda deyil, dahageniş miqyasda rəqəmsal cazibə mərkəzinə çevirmək potensialınamalikdir”.

Məqalədə:
Seçilən
74
13
az.trend.az

10Mənbələr