AZ

İran üzərindən uçuşlar dayandırılır Təhlükə elan edildi

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmək barədə yeni xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin aviasiya təhlükəsizliyinə nəzarət orqanının (European Union Aviation Safety Agency - EASA) yaydığı açıqlamada deyilir.

Qurum bildirib ki, bu tövsiyə əvvəlki təhlükəsizlik xəbərdarlığının davamıdır və 31 mart tarixinə qədər qüvvədə olacaq.

EASA qeyd edib ki, bölgədə geniş çeşiddə silahların və hava hücumundan müdafiə sistemlərinin mövcudluğu, eləcə də hökumətin mümkün gözlənilməz reaksiyaları bütün yüksəkliklərdə mülki uçuşlar üçün ciddi risk yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
axar.az

3Mənbələr