AZ

Aviaşirkətlərdən ŞOK çağırış: "İran üzərindən uçuşları dayandırın!"

Dünən Avropa Birliyinin aviasiya təhlükəsizliyinə nəzarət orqanı (European Union Aviation Safety Agency - EASA) Avropa aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmək barədə yeni xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, qurumun yaydığı açıqlamada  bu tövsiyənin əvvəlki təhlükəsizlik xəbərdarlığının davamı olduğu və 31 mart tarixinə qədər qüvvədə olacağı bildirilib. EASA qeyd edib ki, bölgədə geniş çeşiddə silahların və hava hücumundan müdafiə sistemlərinin mövcudluğu, eləcə də hökumətin mümkün gözlənilməz reaksiyaları bütün yüksəkliklərdə mülki uçuşlar üçün ciddi risk yaradır.

Təhlükəsizlik tövsiyəsi Tehran ilə Vaşinqton arasında danışıqların davam etdiyi bir dövrə təsadüf edir.

Tehran,

Sitat.info

Seçilən
21
1
sitat.info

3Mənbələr