AZ

"Mərkəzləşmiş qurumlar yerlərdə vətəndaşı razı sala bilmirlər"

"2025-ci ildə bələdiyyə seçkiləri keçirildi, 682 bələdiyyə formalaşdı, amma üç bələdiyyədə seçki qanunsuz hesab olundu. Düşünürəm ki, bunu da yaxın zamanlarda həll etmək lazımdır ki, bütün bölgələrdə, rayonlarda bələdiyyə məsələsi yekunlaşsın".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi.

"Əvvəllər biz bələdiyyələrlə bağlı danışanda icra hakimiyyətlərinin onlara təsirini, mane olmasını, bəzən də onların adından istifadə edilməsini qabardırdıq. Amma faktiki olaraq icra hakimiyyətləri dediyimiz qurumlar da bir sıra səlahiyyətlərdən məhrumdurlar. Mənə elə gəlir ki, biz yeni idarəetmə, yerli idarəetmə modelini tapana qədər ya bələdiyyələrin statusunu və imkanlarını genişləndirməliyik, ya da yerli icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətləri qaytarmalıyıq. Çünki mərkəzləşmiş qurumlar bir çox hallarda yerlərdə vətəndaşı razı sala biləcək problemlərin həllinə diqqət ayırmaqda çətinlik çəkirlər. Bu baxımdan bələdiyyələrin inkişafı mənə görə olduqca mühümdür", - deyə o vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
17
2
redaktor.az

3Mənbələr