Yazını böyüt
Yazını kiçilt
“Ölkə üzrə bələdiyyələrin birləşməsi nəticəsində bələdiyyələrin sayı 55 faiz azaldılsa da, müəyyən sahələr üzrə artım müşahidə edilib. 2025-ci ildə bələdiyyələrin maddi imkanlarını yaxşılaşdırmaq məqsədilə 4 yeni bələdiyyə müəssisəsi yaradılıb və təmin olunub.”
Hafta.az xəbər verir ki, bu fikirləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə fəaliyyəti haqqında məruzəsi zamanı səsləndirib.
T.Hüseynov 2025-ci ilin Azərbaycan üçün mühüm ictimai-siyasi hadisələrlə yadda qaldığını qeyd edib, yeni mərhələdə başlanılan islahatlara diqqət çəkib.
Tahirə Qafarlı