"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gələcək.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, "Sülh Körpüsü" çərçivəsində dəyirmi masa 13-14 fevral tarixlərində Ermənistanda keçiriləcək.
Azərbaycan nümayəndələri iki ölkənin dəqiqləşdirilmiş sərhədini keçməklə Ermənistana gedib.
Dəyirmi masada 8 avqust 2025-ci ildə Vaşinqton Zirvə görüşündə təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə ediləıcək. Ayrı-ayrı sessiyalar regional təhlükəsizlik arxitekturasının formalaşmasına, sülhün faydalarına, iki cəmiyyət arasında münasibətlərin qurulması ilə bağlı ictimai fikirlərə, iqtisadi əməkdaşlığın perspektivlərinə və qarşılıqlı anlaşma və etimadın gücləndirilməsində vətəndaş cəmiyyətinin roluna həsr olunacaq.
Ermənistan tərəfindən dəyirmi masada iştirakçılar:
Areq Koçinyan – Milli Koordinator, Ermənistan Şurası Analitik Mərkəzinin prezidenti
Boris Navasardyan – Yerevan Mətbuat Klubunun fəxri prezidenti
Naira Sultanyan – Demokratiyanın İnkişafı Fondunun direktoru
Narek Minasyan – Ermənistan Şurası Analitik Mərkəzinin Əlaqəli Eksperti
Samvel Meliksetyan – Ermənistan Şurası Analitik Mərkəzinin Eksperti
Stepan Qriqoryan – Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin İdarə Heyətinin sədri
Edqar Vardanyan – Ermənistan Şurası Analitik Mərkəzinin Əlaqəli Eksperti
Robert Gevondyan – Ermənistan Şurası Analitik Mərkəzinin Eksperti
Lusine Xaratyan – Yazıçı, Mədəni Antropoloq
Nelli Minasyan – Tarix üzrə fəlsəfə doktoru, Dosent, Türkoloq
David Stepanyan – 1in.am saytının siyasi şərhçisi, Ermənistan Beynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti
Ruben Babayan – Yerevan Dövlət Kukla Teatrının bədii rəhbəri
Eleonora Sarkisyan – Sülh və Gender üzrə Ekspert, Gənclər Proqramı Koordinatoru
Naira Martikyan – JAMnews-un Ermənistan ofisinin redaktoru, direktoru
Vazgen Karapetyan – Avrasiya Tərəfdaşlıq Fondunun direktor müavini
Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının Siyasi Proqramlar üzrə baş redaktoru
Armen Petrosyan – Orbeli Mərkəzinin Regional Siyasət üzrə eksperti
Alen Əmirxanyan – Amerika Universitetinin Yokebean Ətraf Mühit Mərkəzinin direktoru
Nelli Rafaelyan – Media Təşəbbüsləri Mərkəzinin jurnalisti
Jirayr Abetyan – Ermənistan İctimai Televiziyasının operatoru
Azərbaycan tərəfindən dəyirmi masada iştirakçılar:
Fərhad Məmmədov – Milli koordinator, Cənubi Qafqaz Tədqiqat Mərkəzinin direktoru
Rusif Hüseynov – Topçubaşov Mərkəzinin direktoru
Kəmalə Mamedova – 1news.az onlayn nəşrinin baş redaktoru
Ramil İskəndərili – Milli QHT Forumunun İdarə Heyətinin sədri
Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi
Könül Bədəlova – İqtisadi İslahatlar və Kommunikasiyalar üzrə Analitik Mərkəzinin elmi işçisi
Zaur Şiriyev — Ekspert, Karnegi Rusiya və Avrasiya Mərkəzi
Murad Muradov — Topçubaşov Mərkəzinin direktor müavini
Aytən Qəhrəman — Məsləhətçi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Rauf Ağamirzəyev — Nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü
Gülbəniz Qənbərova — "Kənd İcmaları Mərkəzi Qadınlar Assosiasiyası" QHT-nin direktoru, prezidenti
Nəzrin Əliyeva — "İnsan Hüquqlarına Dəstək Mərkəzi" QHT-nin nümayəndəsi
Eldar Həmzəli — Tədqiqatçı, Müstəqil Ekspert
Sənan Rzayev — CBK TV Kanalının redaktoru və aparıcı siyasi şərhçisi
Gülşən Axundova — "Qadınlar, İnkişaf, Gələcək" QHT-nin prezidenti
Emin Əliyev — TREND beynəlxalq xəbər agentliyinin baş redaktoru
Orxan Babayev — Cənubi Qafqaz Tədqiqat Mərkəzinin tədqiqatçısı
İlyas Hüseynov — Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri
Fuad Ağamalıyev — TsBK TV kanalının Mühəndislik və Texniki şöbəsinin müdiri