AZ

ABŞ dünyanın ən böyük təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərir - KİV

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmiləri Yaxın Şərqə göndərilir.

Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti dörd ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, heyətə qərar fevralın 12-də çatdırılıb.

Məlumata görə, gəmi mayın əvvəlinə qədər bazasına qayıtmayacaq və bölgədə “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə birlikdə Fars körfəzində zərbə qrupuna qoşulacaq.

Qeyd olunub ki, bu addım ABŞ Prezidenti Donald Tramp administrasiyasının İran hakimiyyətinə təzyiqi artırmaq strategiyasının tərkib hissəsidir. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr