AZ

Meksikadan ABŞ-yə yollandı

Xames Rodrigesin yeni klubu məlum olub. 34 yaşlı yarımmüdafiəçi karyerasını ABŞ-də davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Xames “Minnesota” ilə anlaşıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti yaya qədər nəzərdə tutulub. Klubun müqavilənin müddətini ilin sonuna qədər uzatmaq hüququ da var.

Kolumbiya yığmasının oyunçusu Avropada “Real”, “Bavariya”, “Everton” və “Portu” klublarında oynayıb. Onun sonuncu klubu Meksika “Leon”u olub.
Xames 2025-ci ilin əvvəlindən bu komandada keçirdiyi 34 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə verib.

Seçilən
14
football-plus.az

1Mənbələr