AZ

ABŞ narkotraffikə qarşı əməliyyatlarda ilk itkisini verib

Bakı. Trend:

ABŞ-nin Karib dənizi hövzəsində narkotik vasitələrinqaçaqmalçılığına qarşı mübarizədə həyata keçirdiyi “Cənub Nizəsi”əməliyyatında iştirak edən bir hərbçi ölmüş elan edilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hərbçi fevralın 7-də “Iwo Jima” desant gəmisiningöyərtəsindən suya yıxılıb. 72 saat davam edən axtarışların heç birnəticə verməməsindən sonra o ölmüş elan edilib.

Onun hansı şəraitdə göyərtədən yıxıldığı müstəntiqlər tərəfindənaraşdırılır.

“Iwo Jima” desant gəmisi Karib dənizi hövzəsində narkotrafikləmübarizə çərçivəsində “Cənub nizə” əməliyyatında iştirak edir.Yanvar ayının əvvəlində ABŞ xüsusitəyinatlıları tərəfindən ələkeçirilmiş Venesuela prezidenti Nikolas Maduro məhz bu gəminingöyərtəsinə çatdırılmışdı.

Məqalədə:
Seçilən
53
az.trend.az

1Mənbələr