AZ

Madurodan xəbər var

AzVision.az xəbər verir ki, “Caraota Digital” nəşrinin məlumatına görə, keçmiş prezident Venesuela hökumətinin indiki vəziyyətdə “lazımi addımlar” atdığını deyib.

“Siz məhzetməli olduğunuz şeyi edirsiniz və düzgün addımlar atırsınız. Bizim ölkədəki rahatlığımız xalqın birliyi, ali komandanlıq və vətənin komandası olan mənim komandamla birlikdir. Mən komandaya tam güvənirəm və siz etməli olduğunuzu etdiniz”,- sabiq prezidentin oğlu atasının telefonda dediyi sözləri xalqa çatdırıb.

Reuters:“ABŞ Maduronun silahdaşını hədələyir”
Maduro Guerra atası ilə xeyli müddət danışdığını və onun “vətən və komandasının” vəziyyəti ilə maraqlandığını söylədi.

Xatırladaq ki, yanvarın 3-də ABŞ qüvvələri Karakasda hərbi əməliyyat keçirərək prezident Nikolas Maduronu və onun həyat yoldaşı Silia Floresi oğurlayıb. Onlar Nyu-York məhkəməsində “narkoterrorizm”, silah alveri və çirkli pulların yuyulmasında ittiham olunublar. Maduro və həyat yoldaşı bütün ittihamları rədd edərək günahsız olduqlarını bildiriblər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
43
1
azvision.az

2Mənbələr