Şəkidə 10 gün əvvəl hamamda yıxılaraq xəsarət alan şəxs xəstəxanada ölüb.
"Unikal"ın bölgə müxbirinin məlumatına görə, şəhər sakini 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl hamamda yıxılıb.
Ağır kəllə-beyin travması alan şəxs bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Seymur Əli