NATO-nun Ukrayna üzrə Ramşteyn Təmas Qrupuna daxil olan ölkələr Ukraynaya əlavə 35 milyard dollar ayırmaq barədə razılığa gəliblər.
"Ölkə.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Heli bildirib.
Nazir qrupun iclasından sonra bildirib ki, təmas qrupunun iclasında Ukraynaya 35 milyard dollarlıq yeni hərbi yardım ayırmaq öhdəliyi götürülüb.
Ramşteyn formatı Kiyevə əlavə hərbi yardımı müzakirə edən beynəlxalq koalisiyadır. Buraya 50-dən çox ölkə — bütün NATO üzvləri, əksər AB üzvləri, Afrika və Asiyadan olan müttəfiqlər daxildir.
Elvin
Ölkə.az