AZ

Ramştayn qrupu Ukraynaya külli miqdarda vəsait ayırdı

ain.az bildirir, Unikal.az portalına istinadən.

NATO-nun Ukrayna üzrə Ramştayn Təmas Qrupuna daxil olan ölkələr Ukraynaya əlavə 35 milyard dollar ayırmaq barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Heli bildirib.

"Təmas qrupunun bugünkü iclasında Ukraynaya 35 milyard dollarlıq yeni hərbi yardım ayırmağı öhdəmizə götürdük", - deyə o qeyd edib. 

Ramşteyn formatı Kiyevə əlavə hərbi yardım variantlarını müzakirə edən beynəlxalq koalisiyadır. Buraya 50-dən çox ölkə — bütün NATO üzvləri, əksər Aİ üzvləri və Afrika və Asiyadan olan müttəfiqlər daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
unikal.az

3Mənbələr