AZ

Leyboristlər Partiyası Starmeri sərt miqrasiya islahatlarından imtina etməyə çağırıb

Böyük Britaniyada hökumət hakim Leyboristlər Partiyasının millət vəkilləri və vətəndaş cəmiyyəti üzvlərinin təzyiqi ilə üzləşib. Onlar hökumətin sığınacaq axtaranlar üçün siyasəti sərtləşdirmək planlarını ləğv etməyini tələb edirlər.

APA xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qəzetin məlumatına görə, 35 Leyborist millət vəkili, nüfuzlu həmkarlar ittifaqı olan “Unison”un rəhbəri və 33 QHT Daxili İşlər Naziri Şabana Mahmuda 2025-ci ilin noyabr ayında elan edilən islahatın ləğv edilməsinə çağıran məktub ünvanlayıb.

Qeyd edək ki, elan edilən planlara əsasən, hökumət sənədsiz miqrantlar üçün daimi yaşayış üçün gözləmə müddətini dörd dəfə artıraraq 20 ilə, ölkədə qanuni yaşayanlar üçün isə iki dəfə artıraraq 10 ilə çatdırmaq niyyətindədir.

Məktubda hökumətin qaydaları dəyişdirməməli olduğu, əksinə yeni immiqrasiya qaydalarının artıq Böyük Britaniyada olan miqrant ailələrinə şamil edilməməsi tələb olunur.

Məktubda o da qeyd olunur ki, minlərlə ailə artıq mövcud qaydalara əsasən həyat planlarını qurub.

Seçilən
40
1
apa.az

2Mənbələr