AZ

Trampdan İrana yeni xəbərdarlıq

"ABŞ-ın İranla saziş bağlaması zəruridir, əks halda bu vəziyyət İslam Respublikası üçün travmatik olacaq".

Publika.az xəbər verir ki, bu fikirləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı səsləndirib.

"İranla saziş bağlamalıyıq. Əks təqdirdə hər şey çox travmatik, çox dramatik olacaq", - deyə o bildirib.

Amerika liderinin sözlərinə görə, Tehran hələ "birinci dəfədən" saziş bağlamalı idi.

"Bunun əvəzinə onlar 'Gecəyarısı çəkici' (Midnight Hammer) ilə üzləşdilər və bu, İran üçün çox travmatik olacaq", — deyə o əlavə edib.

Seçilən
10
19
publika.az

10Mənbələr