AZ

Sumqayıtda güclü YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Editor.az  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumat daxil olan kimi əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində ümumi sahəsi 25 kvadratmetr olan metal və taxta konstruksiyadan ibarət ayaqqabı təmiri köşkündə baş vermiş yanğın genişlənmədən, o cümlədən yaxınlıqda yerləşən uşaq bağçasına keçmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində köşkün yanar konstruksiyaları və dörd ədəd ağac qismən yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb, yaxınlıqda yerləşən uşaq bağçası və digər ağaclar yanğından qorunub.

Sumqayıtın 45-ci məhəllə adlanan hissəsində yerləşən ayaqqabı təmir məntəqəsində baş verən yanğın söndürülüb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Sumqayıtın 45-ci məhəllə adlanan hissəsində yerləşən ayaqqabı təmir məntəqəsində yanğın qeydə alınıb.

Editor.az “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları alovun qarşısını almağa çalışır.

Yanğının digər obyektlərə keçmə təhlükəsi var. Ərazidə bir neçə ağacın da yandığı bildirilir.

Seçilən
35
19
editor.az

10Mənbələr