AZ

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Qazaxıstanın Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması üzrə səylərini yüeksək qiymətləndirib

Astana. Trend:

Məhəmməd Əbdülsalam Qazaxıstanın Azərbaycan ilə Ermənistanarasında sülhün təmin olunması istiqamətində göstərdiyi səyləriyüksək qiymətləndirib.

Şeyx Zayedin “İnsan Qardaşlığı Uğrunda” Mükafatının baş katibiMəhəmməd Abdelssalam .

TrendQazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verirki, o, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iləgörüşündə bildirib.

Görüş zamanı Kasım-Jomart Tokayev tolerantlıq və dinc birgəyaşama prinsiplərinin bərqərar olunmasının, həmçinin islamınhumanist dəyərlərinin təşviqinin böyük əhəmiyyət daşıdığınıvurğulayıb. Onun sözlərinə görə, bu mövqe Qazaxıstanın siyasi kursuilə eynilik təşkil edir.

Kasım-Jomart Tokayev qeyd edib ki, şuranın Mərkəzi Asiyada ilknümayəndəliyinin Qazaxıstanda açılmasını böyük məmnunluqlaqarşılayıb.

Qazaxıstan Prezidenti bildirib ki, “Zayed İnsan QardaşlığıMükafatı” birlik və məsuliyyət ideallarının təşviqinə xidmət edənən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur. O, həmçininmükafatın qlobal dialoq və əməkdaşlığın inkişafına verdiyi töhfəniqeyd edib.

Məhəmməd Əbdülsalam öz növbəsində Astanada keçirilən dünya vəənənəvi dinlər liderlərinin qurultaylarının işində fəal iştirakınıdavam etdirmək niyyətini təsdiqləyib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzurdəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh vədövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr