AZ

Müsəlman Ağsaqqalları Şurasının baş katibi Qazaxıstanın Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması üzrə səylərini yüksək qiymətləndirib

Məhəmməd Əbdülsalam Qazaxıstanın Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Şeyx Zayedin "İnsan Qardaşlığı Uğrunda" Mükafatının baş katibi Məhəmməd Abdelssalam .

Olaylar.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirib.

Görüş zamanı Kasım-Jomart Tokayev tolerantlıq və dinc birgə yaşama prinsiplərinin bərqərar olunmasının, həmçinin islamın humanist dəyərlərinin təşviqinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu mövqe Qazaxıstanın siyasi kursu ilə eynilik təşkil edir.

Kasım-Jomart Tokayev qeyd edib ki, şuranın Mərkəzi Asiyada ilk nümayəndəliyinin Qazaxıstanda açılmasını böyük məmnunluqla qarşılayıb.

Qazaxıstan Prezidenti bildirib ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" birlik və məsuliyyət ideallarının təşviqinə xidmət edən ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur. O, həmçinin mükafatın qlobal dialoq və əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib.

Məhəmməd Əbdülsalam öz növbəsində Astanada keçirilən dünya və ənənəvi dinlər liderlərinin qurultaylarının işində fəal iştirakını davam etdirmək niyyətini təsdiqləyib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və dövlətlərarası münasibətlər haqqında" Sazişi paraflayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
1
olaylar.az

2Mənbələr