AZ

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bakıda bu yol bağlanır

Sabunçu rayonu ərazisində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən açıqlama verilib.

Qeyd olunub ki, sözügedən məhdudiyyət planlaşdırılan təmir-bərpa işləri səbəbindən tətbiq edilir.

Məlumata əsasən, 14 fevral saat 07:00-dan başlayaraq 15 fevral saat 23:00-a qədər paytaxtın Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsi boyunca (Yavər Əliyev küçəsi ilə kəsişmədən Əhmədbəy Ağayev küçəsinə qədər olan aralıqda) avtomobillərin gediş-gəlişi tamamilə dayandırılacaq.

"Sürücülərdən aparılan yenidənqurma işlərini anlayışla qarşılamaları və göstərilən vaxt ərzində mənzilbaşına çatmaq üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə qurumun məlumatında vurğulanıb.

Bizim.Media

Seçilən
21
1
bizim.media

2Mənbələr