AZ

Rusiyada istifadəçilərdən qisas: Telegram a görə dövlət qurumunu velosiped qıfılı ilə aşağıladılar

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Roskomnadzor"un (Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara Nəzarət Federal xidməti) Moskva ofisinin girişi velosiped kilidi ilə bağlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.

Hadisə yerindən yayımlanan kadrlarda üzləri gizlədilmiş naməlum şəxslərin qapılara yaxınlaşdığı və girişi velosiped kilidi ilə bağladıqları görünür.

Tənzimləyici qurumun mətbuat xidməti vəziyyətlə bağlı heç bir şərh verməyib.

İlkin məlumatlara görə, "Roskomnadzor"un ofisi xarici sosial şəbəkələrin bağlanmasına etiraz əlaməti olaraq bloklanıb.

Fevralın 9-da Rusiyadakı "Telegram" istifadəçiləri xidmətin işindəki nasazlıqlardan şikayətlənməyə başlayıblar: mesajların gec göndərilməsi, foto və video kontentin yüklənməsində problemlər olduğu bildirilib.

Fevralın 10-da "Roskomnadzor" "Telegram"da məhdudiyyətlərin tətbiqini təsdiqləyərək, bunun Rusiya qanunlarının pozulması ilə əlaqəli olduğunu bildirib və şirkət tənzimləyicinin tələblərini nəzərə almasa, platformaya qarşı tədbirlərin davam etdiriləcəyini açıqlayıb.

Qurumdan dəqiqləşdiriblər ki, xidmət tamamilə bloklanmır, lakin "Telegram" serverlərini ölkədə yerləşdirməsə və Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirməyə başlamasa, məhdudiyyətlər sərtləşdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
23
oxu.az

10Mənbələr