ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Toplanış Milli Komandaların Təlim-Məşq Mərkəzində olacaq. Fevralın 17-dən 24-dək isə komanda Belarusun paytaxtı Minskdə Beynəlxalq İnkişaf Turnirində iştirak edəcək.
Turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
19 fevral
13:50. Azərbaycan – Rusiya20 fevral
14:20. Azərbaycan – Özbəkistan21 fevral
16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.