AZ

Azərbaycanın futbol millisi Belarusda Beynəlxalq İnkişaf Turnirinə qatılacaq

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.

"Report" xəbər verir ki, hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.

Daha sonra yığma fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.

Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

Bakı toplanışı üçün U-18-ə dəvət alan futbolçular və oyunların təqvimi ilə sizi tanış edirik. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.

Nr. Adı / Soyadı Klub
1 Nurəziz Əzizov Neftçi
2 Bilal Hacıyev Qarabağ
3 Kamil Həsənov Neftçi
4 Uğur Qurbanlı Qarabağ
5 Rəşad Gülüşov Sabah
6 Atacan Məmmədov Marcet (İspaniya)
7 Səttar Tahirzadə Marcet (İspaniya)
8 Muhamməd Çodarov Marcet (İspaniya)
9 İsmayıl Səfərli Neftçi
10 Əli Kiçibəyov Turan Tovuz
11 Amin Rzayev Qarabağ
12 Sahib Xəlilli Neftçi
13 Elgün Duraxanov Sabah
14 Eldar Abbasov Qarabağ
15 Raul İsaqov Kəpəz
16 Nihad Hüseynzadə Sabah
17 Ruslan Xasiyev Şinnik Yaroslavl (Rusiya)
18 Musa Mustafayev Zirə
19 İbrahim Xəlilov Sabah
20 Samir Şərifov Sabah
21 Pünhan Kərimov Marcet (İspaniya)
22 Emin Süleymanov Neftçi
23 Əli Bəşirov Qarabağ
24 Rüstəm Hüseynli Neftçi
25 Kamal Zülfiyev Sumqayıt
26 Nicat Kərimov Sabah

19 fevral

13:50. Azərbaycan – Rusiya 20 fevral

14:20. Azərbaycan – Özbəkistan

21 fevral

16:40. Belarus – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Qeyd edək ki, fevralın 23-də həlledici görüşlər keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Seçilən
45
3
far.az

5Mənbələr