Alman məşqçi Tomas Tuxel İngiltərə milli komandası ilə müqaviləsini uzadıb.
BAKU.WS xəbər verir ki, Tuxel 2028-ci ilə qədər İngiltərə milli komandasına rəhbərlik edəcək.
"Biz öz yolumuza sadiqik. Tomas Tuxel yeni müqavilə imzaladıqdan sonra 2028-ci ilə qədər "Şirlər"ə rəhbərlik edəcək", - deyə İngiltərə millisinin mətbuat xidməti X sosial media platformasında dərc olunmuş açıqlamada bildirib.
Qeyd edək ki, 52 yaşlı Tomas Tuxel 1 yanvar 2025-ci ildə İngiltərə milli komandasına rəhbərlik etməyə başlayıb. Komanda 2026-cı il Dünya Kubokunun seçmə qrupunda bir qol belə buraxmadan birinci yeri tutub. Alman məşqçi əvvəllər "Çelsi", "Borussiya Dortmund" və "Paris Sen-Jermen" də daxil olmaqla bir neçə aparıcı klubu çalışdırıb.