AZ

Şanxayda qorxulu anlar: yolun ortasında nəhəng çuxur yarandı

Şanxayda yolun ortasında nəhəng çuxur yarandı

İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Çinin Şanxay şəhərində avtomobil yolunun hərəkət hissəsində qəfildən nəhəng çuxur meydana gəlib. Hadisə nəticəsində magistralın mühüm bir hissəsi çökərək dərin boşluq yaradıb və hərəkət tamamilə iflic olub.

Məlumata görə, bu hadisə yaxınlıqda aparılan genişmiqyaslı tikinti işləri səbəbindən baş verə bilər. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülüb və mütəxəssislər çökmənin dəqiq səbəblərini araşdırırlar. Hadisə zamanı xəsarət alanlar barədə məlumat verilmir.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
152
14
interpress.az

10Mənbələr