AZ

Samirə efirdə bəd xəbər aldı: Təcili getdi VİDEO

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Meyxanaçı-müğənni Samirə Yusifqızının anası Nailə xanımın səhhətində ciddi problem yaranıb.Demokrat.az xəbər verir ki, onun reanimasiyaya yerləşdirildiyi bildirilib.Sənətçi "Rəngarəng" proqramında qonaq olarkən ailəsindən təcili xəbər alıb. Məlumata görə, xəstəxanaya gedən qızından gələn mesajdan sonra Samirə Yusifqızı vəziyyətin ciddiliyini anlayaraq verilişi həyəcan içində tərk edib. O, səbəbi ətraflı açıqlamasa da, studiyanı tələsik tərk etməsi diqqətdən yayınmayıb.Proqram zamanı anası ilə bağlı duyğusal fikirlər səsləndirən sənətçi onun həyatındakı yerindən danışıb:"Məclisə də gedəndə qonorarımı anamdan alıb gedirəm ki, anamın əli yüngüldür. Anam olmasa, yaşamağımın mənası yoxdur. Pulu gətirib anama verirəm, hər şeyim anamdır. Anasız həyatımı heç cür təsəvvür etmirəm. Bilirəm ki, nə vaxtsa olmayacaq, həsrət qalacağam, ancaq hələ ki, hazır deyiləm. Allah mənim ömrümdən alsın ona versin".(Milli.Az)

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
demokrat.az

6Mənbələr