AZ

Samirənin anasını insult vurdu - Təcili efirdən GETDİ - VİDEO

Meyxanaçı-müğənni Samirə Yusifqızının anası Nailə xanımın səhhətində ciddi problem yaranıb.

Onun reanimasiyaya yerləşdirildiyi bildirilib3.
Sənətçi "Rəngarəng" proqramında qonaq olarkən ailəsindən təcili xəbər alıb. Məlumata görə, xəstəxanaya gedən qızından gələn mesajdan sonra Samirə Yusifqızı vəziyyətin ciddiliyini anlayaraq verilişi həyəcan içində tərk edib. O, səbəbi ətraflı açıqlamasa da, studiyanı tələsik tərk etməsi diqqətdən yayınmayıb.
Proqram zamanı anası ilə bağlı duyğusal fikirlər səsləndirən sənətçi onun həyatındakı yerindən danışıb:
"Məclisə də gedəndə qonorarımı anamdan alıb gedirəm ki, anamın əli yüngüldür. Anam olmasa, yaşamağımın mənası yoxdur. Pulu gətirib anama verirəm, hər şeyim anamdır. Anasız həyatımı heç cür təsəvvür etmirəm. Bilirəm ki, nə vaxtsa olmayacaq, həsrət qalacağam, ancaq hələ ki, hazır deyiləm. Allah mənim ömrümdən alsın ona versin".

Seçilən
7
4
yenilik.az

6Mənbələr