AZ

Seda Sayanın əri Tarkanı görüb özünü itirdi - Video 

Məşhur müğənni Seda Sayan Tarkanla bir araya gəldikləri anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb...

Poliqon xəbər verir ki, sənətçi paylaşımında həyat yoldaşının Tarkanla görüş zamanı həyəcanlandığını bildirib.

Seda "Həyat yoldaşıma qurban olum, Tarkanın yanında həyəcanlandı" sözlərini deyib.

Kadrlarda Seda Sayanın gənc həyat yoldaşının məşhur sənətçi ilə görüşərkən bir qədər həyəcanlı olduğu hiss olunur. Səmimi anlar qısa zamanda sosial mediada yayılaraq izləyicilərin marağına səbəb olub.

Paylaşıma çoxsaylı şərhlər yazılıb. Bəzi istifadəçilər bu görüşü xoş və səmimi adlandırsa da, digərləri həyat yoldaşının həyəcanını təbii və anlaşılan hal kimi qiymətləndiriblər.

Qeyd edək ki, həm Seda Sayan, həm də Tarkan hər zaman ictimaiyyətin diqqət mərkəzində olan sənətçilər sırasındadırlar.

Poliqon.info

Seçilən
10
2
poliqon.info

3Mənbələr