AZ

Seda Sayanın əri Tarkanı görüb özünü İTİRDİ VİDEO

ain.az, Milli.az saytına istinadən bildirir.

Məşhur müğənni Seda Sayan Tarkanla bir araya gəldikləri anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Milli.Az xəbər verir ki, sənətçi paylaşımında həyat yoldaşının Tarkanla görüş zamanı həyəcanlandığını bildirib.

Seda "Həyat yoldaşıma qurban olum, Tarkanın yanında həyəcanlandı" sözlərini deyib.

Kadrlarda Seda Sayanın gənc həyat yoldaşının məşhur sənətçi ilə görüşərkən bir qədər həyəcanlı olduğu hiss olunur. Səmimi anlar qısa zamanda sosial mediada yayılaraq izləyicilərin marağına səbəb olub.

Paylaşıma çoxsaylı şərhlər yazılıb. Bəzi istifadəçilər bu görüşü xoş və səmimi adlandırsa da, digərləri həyat yoldaşının həyəcanını təbii və anlaşılan hal kimi qiymətləndiriblər.

Qeyd edək ki, həm Seda Sayan, həm də Tarkan hər zaman ictimaiyyətin diqqət mərkəzində olan sənətçilər sırasındadırlar.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
news.milli.az

3Mənbələr