AZ

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi



Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildiyi bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, sədr müavini Fuad Qəhrəmanlı məlumat yayıb. O bildirib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib.

Hələlik məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, Gültəkin Hacıbəyli bir müddət əvvəl İstanbulda yaşadığı ünvanda hüquq-mühafizə orqanları tərəfindən saxlanaraq Arnavutköy deportasiya mərkəzinə aparılmışdı.

Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyev işi”ndə hallanır.

Əli TURABOV

Seçilən
40
1
baki-xeber.com

10Mənbələr