AZ

Avropada atlarda yeni virus aşkarlanıb: İnsanlara keçə bilər?

İsveçdə əvvəllər atlarda qeydə alınmamış dəri infeksiyası - parapoksvirus infeksiyasına iki yoluxma aşkarlanıb.

Bu barədə İsveç Milli Baytarlıq İnstitutu məlumat yayıb.

Məlumata əsasən, yoluxmuş heyvanların ayaqlarında xoralar və sulu qabarcıqlar əmələ gəlib. Sözügedən virus ilk dəfə 2021-ci ildə Finlandiyada aşkar olunub və bir neçə fermada epidemiyaya səbəb olub.

Baytarlıq qurumunun rəsmiləri bildiriblər ki, infeksiyanın geniş yayılma riski aşağıdır. Lakin xəstə atlarla birbaşa təmas, eləcə də çirklənmiş avadanlıq və geyim vasitəsilə yoluxma mümkündür. Xəstə heyvanlarla işləyən şəxslərə qoruyucu geyim və əlcəklərdən istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, virus zoonotik xarakter daşıyır və nadir hallarda insanlara da keçə bilər.
Seçilən
9
1
7news.az

2Mənbələr