AZ

ABŞ bu bölgədən geri çəkildi: Strateji baza onlara verildi

ABŞ qüvvələri Suriyada, İordaniya və İraq sərhədləri yaxınlığında yerləşən Ət-Tanf bazasından geri çəkilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya hökumətinə yaxın mənbələr ordunun bazanı ələ keçirdiyini və hazırda orada yerləşdiyini bildiriblər.

Təxminən 10 ildir Ət-Tanfda mövcud olan ABŞ qüvvələri İordaniyadakı 22-ci Qüllə Bazasına köçürülüb.

Qeyd edək ki, ABŞ 2017-2018-ci illərdə bu bazadan İordaniya sərhədi ilə Fərat çayı arasında İran tərəfindən dəstəklənən qrupların və İŞİD-in hərbi fəaliyyətlərini izləmək üçün istifadə edib.

Seçilən
21
publika.az

1Mənbələr