AZ

Texniki nasazlıq faciəyə səbəb ola bilər DYP dən sürücülərə ÇAĞIRIŞ VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən il 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması paytaxt yollarında uzunmüddətli tıxaclara səbəb olub.

Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən nəqliyyat vasitələrinin yollarda yaratdığı çətinliklərlə tez-tez rastlaşılır:

"İstər yaşayış məntəqələrində, istərsə də avtomagistrallarda məcburi dayanma zamanı digər sürücülərin xəbərdar edilməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi daha ağır nəticələrə, bəzən də faciələrə yol açır".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır:

"Nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə tutulan təhlükəsizlik tədbirləri görülməlidir.

İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı, yaxud yanıb-sönən qırmızı işıqlı portativ fənər avtomobilin üstündə qoyula bilər".

Oxunub 16

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
12
avtosfer.az

10Mənbələr