AZ

Nasaz maşınla yola çıxanlara XƏBƏRDARLIQ

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.
  Texniki-təhlükəsizlik baxımından yararsız, yaxud vaxtında texniki qulluq göstərilməyən nəqliyyat vasitələrinin yollarda yaratdığı çətinliklərlə tez-tez rastlaşırıq. Təkcə 2025-ci il ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması paytaxt yollarında uzunmüddətli tıxaclara səbəb olub. Lakin, istər yaşayış məntəqələrində, istərsə də avtomagistrallarda məcburi dayanma zamanı digər sürücülərin xəbərdar edilməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi daha ağır nəticələrə, bəzən də faciələrə yol açır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır: Nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə tutulan təhlükəsizlik tədbirləri görülməlidir. İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı, yaxud  yanıb-sönən qırmızı işıqlı portativ fənər avtomobilin üstündə qoyula bilər.

Seçilən
17
12
Ajans.az

10Mənbələr