AZ

Türkiyə–Yunanıstan açıq dialoqla davam etməlidir - Ərdoğan

Ajans.az xəbər verir ki,  bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib. Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Yunanıstanla ikitərəfli ticarət dövriyyəsini hazırkı 7 milyard dollardan 10 milyard dollara çatdırmağı hədəfləyir. O, 7 dekabr 2023-cü ildə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak etmək üçün Afinaya səfərini xatırladı və bu iclasda tərəflərin Afina Bəyannaməsi vasitəsilə açıq dialoqun davam etdirilməsinə və ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına sadiq olduqlarını təsdiqlədiklərini bildirdi.

O həmçinin qeyd edib ki, tərəflər arasında mövcud yüksək səviyyəli təmaslar əlaqələrin daha da inkişafı üçün əlverişli şərait yaradır.

Seçilən
17
6
Ajans.az

8Mənbələr