AZ

Türkiyə–Yunanıstan münasibətlərində açıq dialoq davam etməlidir - Ərdoğan



Türkiyə və Yunanıstan qonşu və müttəfiq ölkələr olaraq qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipinə əsaslanan açıq dialoq kanallarını qorumalıdırlar.

aia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.

Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Yunanıstanla ikitərəfli ticarət dövriyyəsini hazırkı 7 milyard dollardan 10 milyard dollara çatdırmağı hədəfləyir. O, 7 dekabr 2023-cü ildə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak etmək üçün Afinaya səfərini xatırladı və bu iclasda tərəflərin Afina Bəyannaməsi vasitəsilə açıq dialoqun davam etdirilməsinə və ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına sadiq olduqlarını təsdiqlədiklərini bildirdi.

O həmçinin qeyd edib ki, tərəflər arasında mövcud yüksək səviyyəli təmaslar əlaqələrin daha da inkişafı üçün əlverişli şərait yaradır.

aia.az



Seçilən
2
6
aia.az

8Mənbələr