Ev dustaqlığında olan iş adamı Samvel Karapetyan yekdilliklə "Güclü Ermənistan" partiyasının lideri seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə "Güclü Ermənistan"ın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, çərşənbə günü partiyanın təsis qurultayı keçirilib, orada partiyanın sədri və Şura heyəti seçilib. Fevralın 12-də partiyanın təqdimatı keçiriləcək, orada Ermənistan parlamentinə qarşıdan gələn seçkilərdə Baş nazir vəzifəsinə namizədin adı açıqlanacaq.
Xatırladaq ki, S.Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlara və maliyyə fırıldaqçılığına görə həbs edilib.