EN

Ev dustağı olan Samvel Karapetyan "Güclü Ermənistan" partiyasının lideri seçildi

Ev dustaqlığında olan iş adamı Samvel Karapetyan yekdilliklə "Güclü Ermənistan" partiyasının lideri seçilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə "Güclü Ermənistan"ın mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, çərşənbə günü partiyanın təsis qurultayı keçirilib, orada partiyanın sədri və Şura heyəti seçilib. Fevralın 12-də partiyanın təqdimatı keçiriləcək, orada Ermənistan parlamentinə qarşıdan gələn seçkilərdə Baş nazir vəzifəsinə namizədin adı açıqlanacaq. 

 

Xatırladaq ki, S.Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlara və maliyyə fırıldaqçılığına görə həbs edilib.

Chosen
39
senzor.az

1Sources